Biləsuvarda “Mercedes” markalı avtomobil kanala aşıb, 2 nəfər xəsarət alıb. AzPost-un APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Biləsuvar rayonun giriş hissəsində, yolayrıcında baş verib.
Bakı şəhər sakini İslam Vidadi oğlu Hüseynov “Mercedes-190” markalı minik avtomobili ilə Biləsuvarda hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı kanala aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər Nigar İxtiyar qızı Hüseynova və Məmmədhəsən Əhmədağa oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki,analoji hadisə yanvar ayının 11-də Sabirabada qeydə alınmışdı. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşımışdı. Qəza nəticəsində ilkin məlumata görə, 4 nəfər xəsarət almışdı.
Hadisə yerinə gələn FHN-nin əməkdaşları tərəfindən xəsarət alanlar təxliyə edilərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı.