Biləsuvarın həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb

Biləsuvarın həbsdə olan sabiq icra başçısı Mahir Quliyevin kassasiya şikayətinə baxılıb.

Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Mahir Quliyevin cəzası 11 ildən 8 il 3 aya endirilib.

Xatırlaraq ki, M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, M. Quliyevin 2 evi və 1 avtomobili dövlət nəfinə müsadirə olunub. (APA)

Əvvəlki məqalə

Stoltenberq İsrail və ərəb ölkələrini NATO-nun sammitinə dəvət edib

Sonrakı məqalə

Prezident ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynı qəbul edib