Biləsuvarda 16 yaşlı yeniyetmə dayısını öldürdü –Cinayət işi başlandı

Aprelin 2-də saat 13 radələrində Biləsuvar şəhər sakini, 1977-ci il təvəllüdlü Hüseynov Vüqar Haxverən oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Biləsuvar rayon prokurorluğundan APA-ya verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxsin bacısı oğlu, 2005-ci il təvəllüdlü Qubadlı Röyal Şahin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Vüqar Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Röyal Qubadlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə Nazirliyi Aqil Abbasın hospitalla bağlı fikirlərinə münasibət bildirib

Sonrakı məqalə

Neft Fondu 3 ayda “Azəri-Çıraq” yatağından 953 milyon dollar gəlir əldə edib –