Bill Geytsin şirkəti koronavirusu tanıyan hüceyrə testi yaradıb

İnsanın immun sistemi bədənə daxil olan virusları tanıyan və mübarizə aparmağa kömək edən milyonlarla “T” hüceyrəsindən ibarətdir. Microsoft və Adaptive Biotexnologiya şirkətləri həmin hüceyrələrin COVID-19-a necə reaksiya verəcəyini müəyyən və təhlil etmək üçün test yaradıb.

Karras Adaptiv Biotexnologiyalar və Microsoft tərəfindən həyata keçirilən ImmuneRACE adlı klinik araşdırmada iştirak edir. Kristi Karrasın pişiyi Freddi çətin anlarda onun yanında olub. “Mən ABŞ-da COVID-19-a yüngül formada yoluxan ilk insanlardan oldum.”

Sağaldıqdan sonra Siettldə yaşayan yazıçı nəsə bir iş görmək istəyib. “Qan verməyi sevmirəm, lakin bunu elm üçün etdiyimə görə məmnunam” – deyə, Kristi Karras bildirir.

Baş həkim Lans Baldo bu araşdırmanın diaqnostik və anti-cisim testlərindən fərqli olduğunu deyir. “O araşdırmalarda virusun bədənə təsirinə baxılır, burada isə biz bədənin virusa təsirinə baxırıq.”

ImmuneRACE araşdırmaları müxtəlif insanların immun sisteminin `T` hüceyrələrinə münasibəti öyrənilir ki, bu da COVID-19-a necə cavab verilməli olduğunun müəyyən ediləcəyinə yardım edəcək. Lans Baldo bildirib: “Bunlar immun sisteminin COVID-19 kimi viruslara reaksiya verən ilk hüceyrələridir.”

Bu ilkin reaksiyaların müəyyən edilməsi COVID-19-un daha erkən və daha dəqiq aşkar edən diaqnostik testin yaradılmasına yardım edə bilər.

`T` hüceyrələrinin COVID-19-a necə cavab verdiyini görmək tədqiqatçıların daha yaxşı müalicə və peyvəndlər yaratmalarına yardım edə bilər.

Hazırda araşdırmalarda ABŞ-ın 24 şəhərindən min nəfər iştirak edir. Afrika və Avropadan isə azı 3,000 nümunə əlavə olunacaq. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyada koronavirus ölənlərin sayı 38,3 mini ötdü

Sonrakı məqalə

“1993-cü il iyunun 20-də Kəlbəcər azad olunurdu, Qarabağ müharibəsi qurtarırdı” –