Bill Qeyts koronavirusla bağlı test sınaqlarını “mənasız” adlandırdı:

"Bu, dəlilikdir"
29 İyul 2020 - 09:01

“Microsoft”un qurucusu Bill Qeyts ABŞ-da mövcud koronavirus test sistemini tənqid edərək, sınaqların başa çatması üçün tələb olunan vaxtı mənasız adlandırıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Bil Qeyts CNBC telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, hazırda ABŞ-da bir testin nəticəsi üçün 3 gündən çox, bəzən hətta bir həftədən çox vaxt tələb olunur: “Testin nəticəsi üçün vaxt itkisinə görə heç kim 1 dollar belə ödəməməlidir. Bu, dəlilikdir”. 

Qeyts əlavə edib ki, ABŞ-ın COVID-19 sınaq sistemi vaxt və pul itkisidir.

Onun sözlərinə görə, ilin sonuna kimi lazımi və effektiv dərmanların əldə edilməsi xəstəlikdən ölüm hallarını azaldacaq, yoluxmanın qarşısını alacaq”.