Biləsuvarda yük avtomobili sərnişin mikroavtobusu ilə toqquşub, xəsarət alanlar var-FOTO

Biləsuvar rayonunda yük avtomobili sərnişin mikroavtobusu ilə toqquşub.

Hadisə köhnə Ələt – Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobilinin “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, “Ford” Şirvan şəhərinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.