Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, artıq yanğın söndürülüb: “Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın 3500 kvadratmetr ərazini əhatə edib”.
**
Yanğın olan əraziyə FHN-in mülki müdafiə qüvvələrinin əsgərləri gətirilib. Ərazidə operativ qərargah qurulub. Sahibkarlar mallarını dükanlardan çıxarırlar. Yanğın gücləndiyi müşahidə olunur. DİN Çevik Polis Alayı hadisə yerinə gətirilib.
**
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.
Yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağır verilib.
Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər. (APA)
**
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
https://youtu.be/Xqe46JZGIcw