Binəqədidə faciə –

Gözətçi liftin şaxtasına düşdü
03 Dekabr 2019 - 10:21

Bakıda yaşayış kompleksində ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Bakı şəhər sakini Qurbanov Canpolad Xəlil oğlu gözətçi işlədiyi Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən “Abşeron Construction” inşaat şirkətinə məxsus “Naxçıvan Residence” yaşayış kompleksinin binasında lift şaxtasına düşərək ölüb.

Faktla bağlı cinayət işi başlayıb.