Bir ay əvvəl itkin düşmüş yeniyetmənin meyiti Kürdə tapılıb

Mingəçevirdə Kür çayında kişi meyiti aşkar edilib.

Həmin şəxs 16 yaşlı Abbasov Ruslan Məhərrəmov oğludur. 

Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Abbasovun atası Məhərrəm Abbasov həmin vaxt bildirmişdi ki, oğlu M. Ə. Sabir küçəsi 6 ünvanında yaşadıqları evdən məişət tullantılarını atmaq məqsədilə çıxıb. Bu zaman nə mobil telefonunu, nə də daim istifadə etdiyi eynəyi belə götürməyib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AMEA-nın hüquq və kadrlar idarəsinin rəisi vəzifəsindən azad edilib

Sonrakı məqalə

İctimai yerdə 7 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb –