Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

“Bir ay bundan əvvəl Papa məni dəvət etmişdi, görüşməli idik” –

User 23 Aprel 2025 - 15:10 (Last updated: 21 May 2025 - 20:15)
seyxc cop29 sammit

Allahşükür Paşazadə Roma Papasının dəfnində iştirak edəcək?

“Roma Papasının dəfnində iştirak edib-etməyəcəyimi bilmirəm. Ola bilər, iştirak edim”.

Bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

“Biz Roma Papası üçün dua oxuyub, onun ruhunu yad edirik. Papanın müsəlmanlara, azərbaycanlılara, Azərbaycan rəhbərliyinə olan münasibəti çox yüksək idi. Həmişə Prezidentimizi soruşar, Heydər Əliyev Fondunun etdiyi işlərlə maraqlanardı. Papa Fransisk Heydər Məscidinə gəlib orada bizimlə görüş keçirmişdi. Biz də ona Quran hədiyyə etdik. Onun bütün dinlərə münasibəti yaxşı idi. Papa Fransisk çox böyük şəxsiyyət idi. O bütün dünyada sülhü, qardaşlığı istəyən insan olub. Məni Vatikana dəvət etmişdi. Bəhreyndə, Qazaxsıtanda və digər yerlərdə də görüş keçirmişik. Ümid edirəm, yeni seçilən Papa da gələcəkdə Fransiskin təməlini qoyduğu dostluq münasibətlərini davam etdirəcək”, – şeyxülislam qeyd edib.

Şeyxülislam qeyd edib ki, Roma Papası ilə yaxın vaxtlarda görüşləri planlaşdırılırmış: “Bir ay bundan əvvəl Papa məni dəvət etmişdi. Dini konfenssiyalarla bərabər biz görüşməli idik. Ancaq xəstəliyi buna imkan vermədi. Bu gün gəlib yəhudi, xristian dinlərinin nümayəndələrinin başsağlığı vermələri bizim birliyimizi, tolerantlığımızı göstərir. Allah bütün dünyada sülhü bərqərar eləsin. Azərbaycan xalqını və onun rəhbərini qorusun”, – sədr vurğulayıb.

Post navigation

Previous: Şeyxülislam Roma Papası üçün açılmış başsağlığı kitabını imzalayıb
Next: AzInTelekom qənd və çay almaq üçün 35 min xərcləyəcək

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.