“Bir nəfərin də ayağı Belarusa dəyməyəcək” –

Lukaşenko sərhədi bağladı
05 Avqust 2021 - 13:05

Belarus prezidenti Lukaşenko dövlət sərhədini bağlamağı əmr edib.

Azpost.info BELTA-ya istinadən bildirir ki, prezident bununla bağlı güc strukturlarına göstəriş verib. “Bu gündən istər cənubdan, istərsə qərbdən bir nəfərin ayağı Belarus ərazisinə dəyməməlidir”-deyə Lukaşenko sərhələ bağlı vəziyyətin müzakirə edildiyi iclasda deyib.

Lukaşenko güc strukturlarına dövlət sərhədinin mühafizəsi ilə bağlı işləri gücləndirməyi tapşırıb.