“Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi” –PREZİDENT

Bizim əsas hədəfimiz öz məqsədlərimizə nail olmaqdır. Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi. Bu, tarixi missiya idi. Bütün güclər səfərbər edilmişdi.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Biz gecə-gündüz bu hədəfə doğru gedirdik və ona çatdıq. İndi yeni hədəflər ortadadır. Bu hədəflər Qələbəni, Zəfəri möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir