“Bir qrup insan şəxsi mənafeləri üçün adımızdan istifadə edir” –"Qarabağ qaziləri" İctimai Birliyi

“Müəyyən bir qrup insanlar var ki, onlar öz şəxsi mənafeləri üçün “Qarabağ qaziləri” ictimai birliyi adından istifadə edərək, qeyri-qanuni yolla idarə və təşkilatlara təzyiqlər göstərir, xoşagəlməz hadisələr törədirlər. Bu kimi halları, qanusuzluqları pisləyirik”.

Azpost.info bildirir ki, bu barədə “Qarabağ qaziləri” İctimai Birliyinin yaydığı açıqlamada deyilir.

Açıqlamada deyilir ki, yayılan məlumatlara görə, başqa-başqa təşkilat rəhbərləri özlərini “Qarabağ qaziləri” İctimai Birliyinin sədri və ya başqa səlahiyyətli nümayəndəsi kimi təqdim edirlər: “”Qarabağ qaziləri” ictimai birliyi rəsmən bəyan edir ki, bu qanunsuz hərəkətləri törədənlərin birliyə heç bir aidiyyəti yoxdur. “Qarabağ qaziləri” birliyinin sədri Qarabağ qazisi Asəf Əliyevdir. Onun rəhbərliyi altında “Qarabağ qaziləri” birliyi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirmiş müharibə əlillərinin sosial-iqtisadi vəziyyətini, maddi rifahlarının yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində çalışan ictimai təşkilatdır. Bu istiqamətdə də öz fəaliyyətini davam etdirir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

MTRŞ yeni televiziya kanalının açılması üçün müsabiqə elan edib

Sonrakı məqalə

Kəlbəcər istiqamətində Ermənistana məxsus PUA ələ keçirilib