Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Bir sıra qanunlarda dəyişiklik edilir

User 05 Oktyabr 2026 - 11:29 (Last updated: 05 Oktyabr 2026 - 11:29)
Qanun

Mülki Prosessual, Cinayət-Prosessual, Cəzaların İcrası məcəllələrində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilir.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin hazırlanması və müzakirəsi zərurətindən yaranıb. Sözügedən qanun layihəsi əsasən həssas əhali qruplarının hüquqi yardım alma imkanlarını genişləndirməyə və onların konstitusion hüquqlarını daha etibarlı qorumağa yönəldiyindən həmin şəxslərin hüquqi statusunu müəyyən edən əlaqəli qanunlara da müvafiq dəyişikliklərin edilməsini zəruri edib. Belə ki ki, hazırki qanun layihəsi şəhid ailəsi statusunu almış ailələrin, veteranların, qaçqın statusu almış şəxslərin, valideyn himayəsindən məhrum olmuş uşaqların, yetkinlik yaşına çatmayanların, insan alveri qurbanlarının, sosial yardım alan ailənin üzvlərinin, məişət zorakılığından zərər çəkmiş şəxslərin, əlilliyi olan işləməyən şəxslərin pulsuz hüquqi yardım almaq hüququnu təsbit edir.

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsindən dolayı, dəyişikliklərin edilməsi zəruri olan qanunlardan biri də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanundur. Hazırki layihə həmin qanunda vəkillərin pulsuz hüquqi yardım göstərmək vəzifəsini, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin pulsuz hüquqi yardımın göstərilməsi üzrə fəaliyyətini tənzimləyir.

Layihədə önəmli məqamlardan biri də odur ki, vəkil haqqının məbləğini əvvəllər müvafiq icra hakimiyyəti orqanı müəyyən edirdi, hazırki qanun layihəsində isə bu qanunla müəyyən edilir.

AzPost.az

Post navigation

Previous: “Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans
Next: İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Oxşar xəbərlər

ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

User 19 Noyabr 2026 - 14:20
ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46

xƏBƏR

meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub. Yeni rektoru kollektivə elm və...
Read more about Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi putin valday
  • Dünya

Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi

User 19 Noyabr 2026 - 17:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.