Birinci Vitse-prezidentin katibliyinin müavini XİN-də nazir müavini təyin edildi

03 Sentyabr 2020 - 22:52

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev Azərbaycan Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Bu barədə virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyindəki mənbələr məlumat veriblər.