Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllıya gedib –Lahıcda olub (FOTO)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İsmayıllı rayonuna səfər edib.

Bu barədə Azərbaycanın Birinci vitse-prezidenti rəsmi “İnstagram” səhifəsində bildirib.

Birinci vitse-prezident ailə üzvləri ilə birlikdə Lahıc qəsəbəsində olub.

Mehriban Əliyeva sənətkarlar, bacarıqlı, istedadlı, qonaqpərvər və gözəl insanların şəhəri olan Lahıca, bərəkətli diyara hər gəlişinin onda unudulmaz təəssüratlar bağışladığını qeyd edib.

“Lahıcın bütün sakinlərinə səmimi mehribanlığa və qonaqpərvərliyə görə təşəkkür edirəm”, – deyə M. Əliyeva vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda çoxmərtəbəli binadakı yanğın söndürülüdü –

Sonrakı məqalə

İlham Əliyev Paşinyanın sərsəm “nöqtə” bəyanatına sərt cavab verdi: