Bakıda çoxmərtəbəli binadakı yanğın söndürülüdü –YENİLƏNİB

Bakıda binada baş verən yanğın söndürülüb.

FHN-dən verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

**

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri  hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Akif İslamzadə ittihamlara cavab verdi:

Sonrakı məqalə

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllıya gedib –