Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti yeni turist vizası tətbiq edir.
Azərtac “Gulf News” portalına istinadla xəbər verir ki, yeni qaydaya görə, bundan sonra beşillik turist vizası alan əcnəbilər BƏƏ-nin şəhərlərində, o cümlədən Dubayda altı ay qala biləcəklər. Hökumət rəsmiləri qeyd ediblər ki, yeni vizanın alınması əvvəlki qaydalarla həyata keçiriləcək.
Qeyd olunub ki, beşillik turist vizası çoxistifadəli olacaq və onun əldə edilməsi qaydaları barədə tezliklə rəsmi saytlarda müfəssəl məlumat veriləcək. Hökumət hesab edir ki, ölkəyə turist axınının gücləndiyi bir şəraitdə bu cür yeniliklər həm rəsmi orqanların, həm də turistlərin işini asanlaşdıracaq.