Deputatlığa namizədlərin sayı 689 nəfərə çatıb- MSK

Deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalı və imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdırlar.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imzatoplamada iştirak edə bilməz: “Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır. Biz çalışırıq ki, məsələləri namizədin xeyrinə həll edək, lakin bu cür məsələlər olduğu halda biz namizədə kömək edə bilmirik”.

Qeyd edək ki, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən namizədliyini irəli sürmüş Qabil Məmmədovun imzatoplamasında bələdiyyə sədrinin müavini iştirak etdiyi üçün onun namizədliyi qeydə alınmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Birləşmiş Ərəb Əmirlikləri yeni turist vizası tətbiq edir

Sonrakı məqalə

“Tovuzda törədilən cinayət dövlət başçısının xüsusi nəzarətindədir”