Birləşmiş Ərəb Əmirlikləri yeni turist vizası tətbiq edir- DETALLAR

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökuməti yeni turist vizası tətbiq edir. 

Azərtac “Gulf News” portalına istinadla xəbər verir ki, yeni qaydaya görə, bundan sonra beşillik turist vizası alan əcnəbilər BƏƏ-nin şəhərlərində, o cümlədən Dubayda altı ay qala biləcəklər. Hökumət rəsmiləri qeyd ediblər ki, yeni vizanın alınması əvvəlki qaydalarla həyata keçiriləcək.

Qeyd olunub ki, beşillik turist vizası çoxistifadəli olacaq və onun əldə edilməsi qaydaları barədə tezliklə rəsmi saytlarda müfəssəl məlumat veriləcək. Hökumət hesab edir ki, ölkəyə turist axınının gücləndiyi bir şəraitdə bu cür yeniliklər həm rəsmi orqanların, həm də turistlərin işini asanlaşdıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Abşeronda avtomobil yollarının əsaslı təmirinə 19,7 milyon manat ayrıldı

Sonrakı məqalə

Deputatlığa namizədlərin sayı 689 nəfərə çatıb