“Birləşmiş Ştatlar tezliklə İranı azad edəcək”- BAYDEN

“Birləşmiş Ştatlar tezliklə İranı azad edəcək”.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Kaliforniyada yerli demokrat namizədə dəstək kampaniyasında çıxışı zamanı deyib.

Bayden amerikalı veteranların səhiyyə xidmətlərindən istifadə imkanları ilə barədə danışarkən zalda olanlardan birinin İrandakı vəziyyəti açıqlamaq çağırışına cavab olaraq bu mövzuya keçid edib.

“Narahat olmayın, biz İranı azad edəcəyik. Tezliklə onlar özləri özlərini azad edəcəklər”, – Bayden qeyd edib.

ABŞ lideri başqa heç bir təfərrüat açıqlamayıb. Bundan sonra o, veteranların məsələsinə qayıdıb.

Azpost.info

Əvvəlki məqalə

Gəncədə yeniyetməni maşın vurub

Sonrakı məqalə

Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər saxlanılıb