Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər saxlanılıb-Daxili İşlər Nazirliyi

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son günlərdə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbəsində yaşayan Xəzər Əsədov saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Bundan əlavə, rayonun Hindarx qəsəbəsində və digər ərazilərində aparılan ardıcıl tədbirlər nəticəsində daha 10 nəfər saxlanılıb. Onlardan ümümi çəkisi 10 kiloqrama yaxın olan müxtəlif adda narkotik vasitələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri davam etdirilir.

Əvvəlki məqalə

“Birləşmiş Ştatlar tezliklə İranı azad edəcək”

Sonrakı məqalə

Eksternat imtahanları üçün sənəd qəbuluna start verilir