“Birlikdə sobanı qalayaq, birlikdə kabab çəkək…”- Lukaşenko Avropaya çağırış etdi

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin odunlarını Avropa ilə paylaşa biləcəyini deyib.

Azpost.info xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, odunu təşkil edib sərhədə çatdıra bilərlər.

“Çətin dövrdür. Ölkəmizdən kənarda olan insanlara kömək etməliyik. Oradakılar odun ala bilmirlər, biz də burada əylənirik, zarafatla bu odunu doğrayırıq. Litva, Latviya, Polşa və Ukrayna vətəndaşları bilməlidirlər ki, belaruslar sülhsevərdirlər, müharibə istəmirlər və birlikdə sobanı qalamağa, kabab çəkməyə hazırdırlar.”, – Lukaşenko əlavə edib.

Azpost.info

 

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev Azərbaycan komandoslarının hərbi hissəsinə gəlib

Sonrakı məqalə

“Gənclik Moll”da yanğın həyəcanı verilib –