Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Birliyimizi daha da gücləndirməklə bağlı müzakirələr aparırıq” –

User 03 Mart 2024 - 17:22 (Last updated: 21 May 2025 - 20:15)
cavusoqlu

“Hər il olduğu kimi, bu il də Antalya Diplomatiya Forumuna verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirəm. Bu Forumun memarı yalnız mən deyiləm. Türkiyənin xarici işlər naziri vəzisini icra etdiyim dövrdə belə bir platformanı yaratmaq istədik. Prezident Rəcəb Tayyib Ərdoğanın da böyük dəstəyini aldıqdan sonra bu yola çıxdıq. Hər zaman olduğu kimi, bununla bağlı da çox sayda dost və qardaş ölkənin dəstəyini aldıq. Bunların başında da can Azərbaycan oldu”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu ifadə edib.

İlk gündən Antalya Diplomatiya Forumuna Azərbaycandan çoxsaylı iştirakçının qatıldığını qeyd edən deputat bildirib: “Bu il də başda qardaşım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olmaqla bir sıra dövlət rəsmiləri iştirak etdilər. Hər zaman, yaxşı gündə də, çətin gündə də can Azərbaycanın, qardaşlarımızın dəstəyini görmək bizə güc verir. Bunun üçün çox təşəkkür edirik”.

Forumun üçüncü ilində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı panel iclas haqqında danışan sabiq nazir bildirib ki, hazırda bu təşkilat bütün dünyanın marağını özünə cəlb edir. Dünya TDT-nin fəaliyyəti, gələcək planları ilə maraqlanır.

“Azərbaycan Prezidenti İlham Əliyev inauqurasiya mərasimindəki çıxışında TDT-yə və Türk dünyasının birliyinə xüsusi vurğu etdi. Azərbaycan Prezidentinin bütün Türk dünyası və Türkiyənin də məmnuniyyətinə səbəb olan bu fikirləri bütün dünyaya yayıldı. Nəticə etibarilə biz bu gün bu birliyimizi daha da gücləndirmək, yeni əməkdaşlıq sahələri yaratmaqla bağlı müzakirələr aparırıq. Qardaşım Ceyhun Bayramov da bununla bağlı Azərbaycanın fikirlərini forumda çox aydın şəkildə ifadə etdi”, – deyə Mövlud Çavuşoğlu bildirib.

O deyib: “Təbii ki, bütün dünyanın diqqətini cəlb edən iki platforma, Türk Dövlətləri Təşkilatı ilə Antalya Diplomatiya Forumunun bir araya gəlməsi son dərəcə təbii bir hadisə idi. Təşkilatın növbədənkənar toplantısının Şuşada olmasından da xüsusi məmnunluğumuzu ifadə etmək istəyirəm. Qarabağın işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti o bölgələrin inkişafı istiqamətində çox böyük işlər görür. Türkiyə də hər zaman olduğu kimi, bu baxımdan da Azərbaycana dəstək verir. İqtisadi inkişaf olduqca vacibdir, lakin siyasi dəstək və Şuşanın dünyaya çıxışı da olduqca mühüm məqamdır. Bu baxımdan toplantının məhz Şuşada keçirilməsi vacib hadisədir. Azərbaycan Prezidenti bu toplantıya Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini də dəvət etdi. Bildiyimiz kimi, Şimali Kipr TDT-nin müşahidəçi üzvüdür. Bu səbəbdən də bu dəvət olduqca təbii haldır. İki müşahidəçi dövlət olaraq, Şimali Kiprlə yanaşı, Macarıstan da bu tədbirə dəvət olunub”.

Post navigation

Previous: DİM-dən XI sinif şagirdlərinin bugünkü buraxılış imtahanı ilə bağlı məlumat
Next: Tramp daha 3 ştatda ilkin seçkilərdə qalib gəlib

Oxşar xəbərlər

ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25
paşşşinyan
  • Siyasət

Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər təxirə salınması planımızda yoxdur- PAŞİNYAN

User 22 Oktyabr 2026 - 12:11

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.