Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gözümüzün önündədir” –

User 08 Noyabr 2022 - 15:29 (Last updated: 21 May 2025 - 20:15)
ilham susa03

13-14 sentyabr hadisələri elə-belə baş vermədi. Təbii ki, Ermənistan bizə qarşı növbəti hərbi təxribat törətmişdir. Amma cavabımız da çox təsirli oldu. Cavabımız bir qədər az da ola bilərdi, əgər onlar öz üzərilərinə götürdükləri öhdəliklərə əməl etsəydilər. Cavabımız daha sərt ola bilərdi, əgər biz yeni müharibə istəsəydik. Biz bunu istəmirik, qan tökülməsini istəmirik. Sadəcə olaraq, haqqımızı istəyirik.

Bu barədə Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə deyib.

“13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib. Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir. Bütün bunlar reallıqlardır. Bu reallıqları biz yaratmışıq, Vətən müharibəsindən sonra. Nə üçün? İlk növbədə, Ermənistanın hərbi təxribatlarına cavab olaraq, digər tərəfdən, özümüzü gələcək hərbi təxribatlardan sığortalamaq üçün. Çünki dediyim yüksəkliklərdən Ermənistanın əksər postları görünür və əgər orada qüvvələrin konsentrasiyası baş verərsə, biz bunu görüb dərhal tədbir görəcəyik. Eyni zamanda, ona görə ki, Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”, – dövlət başçısı qeyd edib.

Post navigation

Previous: Prezident İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışı –
Next: “Azərbaycanda yaşayan bütün xalqlar bir ailənin üzvləridir” –

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət...
Read more about Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.