“Biz hakimiyyətə gələndən Rusiyaya heç bir silah ötürülməyib”- PEZEŞKİAN

İran Rusiya ilə əməkdaşlığa və ticarətə davam edir, lakin onu raketlə təmin etməyib.

Azpost.info xəbər verir ki, bunu İranın prezidenti Məsud Pezeşkian səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk mətbuat konfransı zamanı deyib.

“Biz Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gələndən heç bir silah ötürülməyib”, – o bildirib.

Prezident əlavə edib ki, İran həmişə Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub: “Rusiya niyə müharibəyə başladı? NATO öz sərhədlərini niyə genişləndirmək istəyir? Onlar özləri razılaşmanı pozublar”, – Pezeşkian qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynanı NATO-ya qəbul etmədən sülhə nail olmaq mümkün deyil”

Sonrakı məqalə

MSK seçkilərin nəticələrinin təsdiqi üçün Konstitusiya Məhkəməsinə müraciət edib