“Bizim səbrimiz sərhədsiz deyil” –Lavrovdan əsəbi açıqlama

“Rusiya iqtisadi təcavüzə hələ ki təmkinlə cavab verir, lakin səbrimiz sərhədsiz deyil”.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sanksiya dili ilə danışan ölkələr yadda saxlamalıdırlar ki, Moskvanın öz milli maraqlarını qorumaq gücü var: “Lazım gələrsə, Rusiya əlində olan bütün imkanlardan tam gücü ilə istifadə etməyə qadirdir”.

Lavrov həmçinin vurğulayıb ki, Qərbin Rusiya iqtisadiyyatını parçalamaq istəyi reallaşmayacaq. XİN rəhbəri bir sıra Avropa ölkələrində kəskin qiymət artımının, gəlirlərin azalmasının, enerji resurslarının qıtlığının müşahidə olunduğunu, bəzi politoloqların sosial partlayış təhlükəsinin artmasından danışmağa başladığını diqqətə çatdırıb: “Rusiyada onların təxribat etmək istədikləri hər şey özlərində baş verməyə başlayır”.

Azpost.info

Əvvəlki məqalə

“Krım körpüsündəki partlayış terror xarakterlidir” –

Sonrakı məqalə

Estoniya Krım körpüsündə partlayışa görə Ukraynanı təbrik etdi