Biznesmen işçilərinə qeyri-adi yeni il hədiyyəsi etdi –

10 milyon dollar payladı (VİDEO)
13 Dekabr 2019 - 11:33

Şirkət rəhbəri işçiləri arasında 10 milyon dolları bölüşdürüb.

ABŞ-ın Yuta ştatı Solt-Leyk-Siti şəhərində yerləşən daşınmaz əmlak şirkətlərindən biri olan “St. John Properties” in rəhbəri, “əməkdaşlarına yeni il sürprizi edirəm” deyərək, 198 işçisinə ümumilikdə 10 milyon dollar paylayıb.

İşçilərə düşən bonus şirkətdə çalışan işçilərin iş stajına görə müəyyən edilib. Ortalama hər işçiyə 50 min dollar düşüb. Ən az mükafat isə 100 dollar olub. Bu məbləği şirkətin ən yeni işçisi cəmi bir gün işləmiş şəxs alıb. Ən böyük mükafat isə 270 min dollar olub.

İşçilər mükafatlandırmadan çox mənmun olublar. Onlardan bəziləri bu pulu ipoteka borcunu bağlamağa, bəziləri övladlarını kollecə göndərməyə, bəziləri isə arzuladıqları səyahətə xərcləyiblər.

“St. John Properties” əmlak sahəsində çalışan şirkətdir. Kompaniya ABŞ-ın qərb sahilində yerləşən ən böyük şirkətdir.

Tədbir zamanı kompaniyanın rəhbəri Edvard Sent-Con xahiş edib ki, əməkdaşlar, onlara paylanan zərfləri, elan edilməmiş açmasınlar.