Biznesmen Mübariz Mənsimov Türkiyədə polis tərəfindən saxlanılıb –YENİLƏNİB

Azərbaycanlı iş adamı, “Palmali” şirkətinin sahibi Mübariz Mənsimov Türkiyədə polis tərəfindən saxlanıb.

Azpost.info bildirir ki, bu barədə “Star” qəzeti məlumat yayıb. M. Mənsimov İstanbul Polisinin iqtisadi cinayətlər depratametinin əməkdaşları tərəfindən göz altına alınıb.Onun yaşadığı ünvanda axtarış aparılıb.

“Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə saxlanılması xəbəri təsdiqlənib.

Bu barədə APA-nın yerli bürosuna M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat verib. O, bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çində koronavirusa yoluxanların 82 faizi sağalıb

Sonrakı məqalə

Bakının küçə və prospektləri koronavirusa görə dezinfeksiya olunur –