“Bizə deyirlər NATO dinc qurumdur, İraqda gördük bunu…” –

putin makron

“Əvvələr olduğu kimi yenə də Rusiyanı sakitləşdirmək üçün deyirlər ki, NATO dinc və yalnız müdafiə üçün olan təşkilatdır. Bunun nə qədər doğru olduğunu bir çox ölkələr -İraq, Liviya, Əfqanıstan öz təcrübələrində əmin olublar. BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Belqradda hərbi əməliyyatlar qurumun dinc təşkilat anlayışından uzaq olduğunu göstərdi”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın dövlət başçısı Putin Fransa prezidenti Makronla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Putin deyib ki, NATO-nun hərbi strategiyasında Rusiyanı təhlükəsizlikləri üçün əsas rəqib kimi göstərilib:  “Öz hərbi strukturlarını sərhədlərimizin yaxınlığına çəkən NATO bizə qoşunlarımızın harda və necə yerləşdirib-yerləşdirməyəcəyimiz barədə dərs keçmək hüququnun olduğunu düşünür. Öz ərazimizdə manevr və təlimlərin keçirməyimizi isə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kimi təqdim edirlər. Guya Pribaltika, digər qonşu ölkələr özlərinə qarşı təhlükə hesab edirlər. Hansı əsasla-aydın deyil”.

Putin bildirib ki, bu Rusiyaya qarşı dost olmayan siyasəti yeritmək üçün bir tezis kimi istifadə edilir: “NATO ölkələri isə bu tezis altında Ukraynaya müasir silahlarla doldurmağı davam etdirir”. 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir