Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Bizə 10 min dollar və hər girov üçün mənzil vəd edilmişdi”

User 24 Oktyabr 2023 - 16:55 (Last updated: 21 May 2025 - 20:15)
Photos_of_Israelis_who_were_kidnapped_by_Hamas_during_the_October_7_attack

HƏMAS liderləri oktyabrın 7-də İsrailə soxulmuş üzvlərinə 10 min dollar və qaçırılan hər girov üçün mənzil vəd edib.

Azpost.info xəbər verir ki, bunu İsrail ordusunun əsir götürdüyü yaraqlılardan biri deyib.

İsrailin təhlükəsizlik xidməti və polisi oktyabrın 7-dəki qırğınlarında iştirak etdiyi iddia edilən altı saxlanılan yaraqlını dindirib. Dindirmələrin videoyazısını “The Jerusalem Post” yayıb.

Bütün gorovlar bildiriblər ki, komandirləri onlara mülki şəxsləri öldürmək və ya qaçırmaq göstərişi verib. Onların dediyinə görə, gənclərin öldürülməsi, qadınların, uşaqların və qocaların əsir götürülməsi əmri verilib.

“Verilən göstərişlər kişiləri öldürmək, qadınları, qocaları və uşaqları əsir götürmək idi. Deyirdilər ki, gənc kişiləri öldürün. Onların hərbiçi və ya mülki olmasının fərqi yoxdur”, – girovlardan biri bildirib.

Başqa bir yaraqlı komandirin ona mümkün qədər çox əsir götürməyi əmr etdiyini deyib: “Qəzzada oğurlanmış və ya əsir götürülmüş şəxsi gətirən hər kəs mükafat alır. Hər girov üçün bir mənzil və 10 min dollar… Məqsəd mümkün qədər çox girovu qaçırmaq idi”.

Başqa bir yaraqlı deyib ki, o, insanları əsir götürməyib, sadəcə onları öldürüb, çünki ona evləri “boşaltmaq” əmri verilib.

“İki silahlı evə daxil oldu. Ön qapı bağlı idi və ona atəş açdılar. İçəridən səslər eşitdik. Daha iki nəfər içəri girdi. Bir nəfər qapının yanında yerdə uzanmışdı. Ölüb-ölmədiyini bilmirəm, amma yaxınlıqda qan var idi. İçəridə bir yaralı var idi, alt paltarında idi. Evdən iki qadın çıxdı. Sonra bir oğlan və bir qız…”, – yaraqlı ifadəsində qeyd edib.

Videonun sonunda silahlıların hər birinə dinc insanların öldürülməsinin İslamda məqbul olub-olmaması soruşulub. Hamısı cavab verib ki, İslam qadın və uşaqları öldürməyə icazə vermir.

HƏMAS 200-dən çox israilli və bir neçə onlarla əcnəbini girov saxladığını iddia edir. Onlar İsrailin quru əməliyyatlarından imtinasını danışıqların əsas şərtlərindən biri adlandırırlar.

Azpost.info

 

Post navigation

Previous: Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddini müəyyən edib
Next: Qırmızı Xaç həbsdə olan Vardanyan, Araik və digər separatçılara baş çəkib

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.