Blinken oğlunu Zelenskinin kostyumunda Ağ Evə gətirdi- FOTO+VİDEO

ABŞ dövlət katibi Entoni Blinken Ağ Evdə keçirilən Halloven mərasiminə uşaqlarını maraqlı geyimdə gətirib.

Azpost.info xəbər verir ki, prezident Bayden və xanımının təşkil etdiyi mərasimdə Blinkenin oğlu Ukrayna prezidenti Vladimir Zelenski kimi geyinib, qızının paltarı isə Ukrayna bayrağının rənglərində olub.

Görüntülərə əsasən, oğlan ukraynalı liderin adətən xarici səfərləri və ya çıxışları zamanı geyindiyi xaki rəngli sviterdə olub, Blinkenin qızı isə açıq mavi paltar geyinib, boynuna sarı yaylıq bağlanıb.

Ənənəyə görə, uşaqlar ABŞ prezidentindən bayram payı olaraq şirniyyat alıblar.

Azpost.info

 

 

Əvvəlki məqalə

Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa olundu

Sonrakı məqalə

Azərbaycan və İtaliya Baş Qərargah rəisləri Bakıda görüşüb