Blinken Yunanıstana Ukraynaya hərbi yardımla bağlı ultimatum verib

ABŞ dövlət katibi Entoni Blinken Yunanıstandan Ukraynaya yeni silah tədarükü tələb edib.

Azpost.info xəbər verir ki, dövlət katibi Yunanıstanın xarici işlər naziri Kiriakos Mitsotakisə cavab verməsi üçün bir neçə gün vaxt verib.

Bu barədə Yunanıstanın “Newsbreak” portalı məlumat yayıb.

Nəşr yazır ki, əgər Afina şantaja boyun əyərsə, bu, Yunanıstanın milli maraqlarına ağlasığmaz zərbə demək olacaq: “Yunanıstan artıq hər şeyi verib, Ukraynanın müdafiəsini gücləndirmək üçün, xüsusən də adalarda milli müdafiəni yarıb”.

Blinken Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Yunanıstana gəlib. O, yunan hımkarı ilə söhbət zamanı Afina ilə Ankara arasında münasibətlərə də toxunub.

Azpost.info

Əvvəlki məqalə

Bakı Dövlət Sirkinin fəaliyyəti dayandırılıb

Sonrakı məqalə

“Yoluxanların hamısı qızılcaya qarşı vaksinasiya olmayanlardır”