“Yoluxanların hamısı qızılcaya qarşı vaksinasiya olmayanlardır”- Nazirlik

“Qızılca xəstəliyinin karantin dövrü 21 günə qədər davam edir. Bu müddət ərzində yoluxma riski yüksəkdir”.

Bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Sevinc Mehdiyeva deyib.

O bildirib ki, xəstənin qısa zamanda bədən temperaturu normallaşırsa, valideynlər elə düşünürlər ki, xəstəni artıq təcrid etmək lazım deyil.

“Bu, yanlışdır. Karantin dövrü tam bitənə qədər gözləmək və ondan sonra xəstəni təcriddən çıxarmaq lazımdır. Qızılca zamanı dərman yalnız həkim tərəfindən təyin edilməlidir. Həkim nəzarəti olmadan dərman müalicəsi edilməməlidir. Qızılca zamanı temperatur 38 dərəcədən yüksəkdirsə, qızdırmasalıcılar istifadə oluna bilər. Azyaşlı uşaqlarla yanaşı 10 yaşlı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Yoluxanların hamısı qızılcaya qarşı vaksinasiya olmayan və daha öncə xəstəlik keçiməmiş şəxslərdir. Qızılcadan ölüm halları və ağırlaşmaların qarşısının alınması üçün mütləq vaksinasiya aparılmalıdır. Ən effektiv yol vaksinasiyadır”.

Əvvəlki məqalə

Blinken Yunanıstana Ukraynaya hərbi yardımla bağlı ultimatum verib

Sonrakı məqalə

III kurs tələbəsi özünü asaraq intihar edib