“Blinkenin səfəri ağır oldu, Çinlə irəliləyiş əldə edilib” –BAYDEN

ABŞ prezidenti Bayden dövlət katibi Blinkenin Çinə səfəri zamanı iki ölkə arasında irəliləyiş əldə olunduğunu bildirib. 

Azpost.info-nun məlumatına görə, bu barədə Röyter məlumat yayıb.

Bayden dövlət katibi Entoni Blinkenin Çinə səfərindən sonra tərəflərin “doğru yolda” olduğunu bildirib. O hesab edir ki, səfər zamanı ölkələr arasında münasibətlərdə irəliləyiş əldə olunub.

Amerika prezidenti qeyd edib ki, Blinkenin səfəri “həddən artıq ağır, gərgin” olub.

“Biz düzgün yoldayıq” -deyə Bayden jurnalistlərə deyib. Prezident deyib ki, iki ölkə arasında münasibətlərdə irəliləyişə nail olunub.

Blinken iyunun 18-19-da Pekində iki günlük səfərdə olub. O, 2018-ci ildən bəri Çinə səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olub.  Amerikalı diplomat Çin Xalq Respublikasının sədri Si Cinpin, ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi və Çinin xarici işlər naziri Qin Qanqla görüşüb.

Azpost.info

Əvvəlki məqalə

Belqorod vilayətində 87 məmur qorxudan şəhəri tərk edib –

Sonrakı məqalə

“Ermənistanın yaydığı xəbər yalandır” –