BMT iyunun 22-də baş verən zəlzələdən zərər çəkmiş əfqanlara dəstək üçün donorlardan 110 milyon dollar istəyib.
Azpost.info xəbər verir ki, bu məbləğ 362 min sakinə təcili yardım üçün nəzərdə tutulub. “Yeni çağırış Əfqanıstanın humanitar cavab planının prioritet hissəsidir və bu plana bu il 4,4 milyard dollar daxildir. Təəssüf ki, plan cəmi otuz dörd faiz maliyyələşdirilib”, – BMT-nin saytında deyilir.
İyunun 22-nə keçən gecə Əfqanıstanın bir neçə əyalətində 6,1 bal gücündə zəlzələ baş verib. Yerli hakimiyyət orqanları 1500 ölü və 2000-ə yaxın yaralı olduğunu bildirib. Əfqanıstan beynəlxalq strukturlardan kömək istəyib. BMT, Çin, İran, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Türkmənistan artıq Əfqanıstana humanitar yardım edib.
Azpost.info
