“Altı milyondan çox insan ölüb, BMT ABŞ-ın iştirakını araşdırmalıdır”- VOLODİN

Rusiya Dumasının sədri Vyaçeslav Volodin BMT-ni koronavirusun süni yaradılmasında ABŞ-ın iştirakı ilə bağlı hərtərəfli araşdırma aparmağa çağırıb.

Azpost.info xəbər verir ki, o, COVID-in laboratoriyada yaradıldığına şübhə etmədiyini deyib.

Volodinin sözlərinə görə, dünyada 300-dən çox laboratoriya Pentaqonun nəzarəti altındadır: “Müxtəlif ölkələrin alimləri COVID-19-un laboratoriya mənşəyinə dair sübutlar tapıblar. Pentaqonun nəzarəti altında dünyanın 30 ölkəsində belə bir virus yaratmaq qabiliyyətinə malik 336 bioloji laboratoriya var. BMT Vaşinqtonun koronavirusun yaranmasında iştirakı ilə bağlı müstəqil araşdırma aparmalıdır”.

Duma sədri qeyd edib ki, ümumilikdə 6,5 milyondan çox insan COVID-19-dan ölüb və BMT ABŞ-ın bu məsələdə iştirakını araşdırmalıdır: “Virusun yaradılmasında ABŞ-ın iştirakı aşkar olunarsa, ölkələrə kompensasiya ödəməli olacaqlar”.

Azpost.info

Əvvəlki məqalə

Bakıda 17 yaşlı qız itkin düşüb

Sonrakı məqalə

İlham Əliyev Türkiyənin Respublika Günü ilə bağlı paylaşım edib