BMT Baş Assambleyasının növbəti sessiyası Nyu-Yorkda keçiriləcək

Sentyabrın 12-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası öz işinə başlayacaq.

Azpost.info xəbər verir ki, həmin gün Baş Assambleyanın hazırkı rəhbəri Abdulla Şahid 76-cı sessiyanı bağlayacaq və sədrlik 2022-ci ilin iyununda seçilmiş macar diplomat Çaba Kereşə keçəcək.

Kereşi ölkəsinin xarici işlər nazirliyində müxtəlif vəzifələrdə çalışıb, ən son olaraq Macarıstan Prezident Administrasiyasında Ətraf Mühitin Dayanıqlılığı üzrə Direktor postunu tutub. 2011-2012-ci illərdə BMT Baş Assambleyasının vitse-prezidenti olub.

Dövlət rəhbərlərinin iştirakı ilə ənənəvi yüksək səviyyəli həftə sentyabrın 20-də başlayacaq. ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenskinin də çıxış edəcəyi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Nail Kəmərlinin avtomobilindən oğurluq edən şəxs tutulub

Sonrakı məqalə

QMİ sədri ilə Roma Papası Qazaxıstanda görüşə bilər