BMT Baş Assambleyasının sessiyasında Rusiyanı kimlər təmsil edəcək?- AÇIQLANDI

Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının 78-ci sessiyasında nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Azpost.info xəbər verir ki, sərəncama əsasən, nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya və Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski də daxildir.

Azpost.info

 

Əvvəlki məqalə

Ermənilər Xankəndi-Xəlfəli yolu ilə təcili yardım maşınlarında silah daşıyır –

Sonrakı məqalə

Duma “Quran”a zərər vurmağa görə cinayət cəzasının tətbiqini təklif edir