BMT İsrail-HƏMAS davası ilə bağlı bəyanat qəbul edə bilməyib

BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı heç bir sənəd qəbul etməyib.

Bu barədə TASS məlumat yayıb.

Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier jurnalistlərə açıqlamasında bilirib ki, ümumi bəyanatı müzakirə etməyiblər

O əlavə edib ki, müzakirə tərəflərin hazırkı vəziyyətdə mülki insanları qorumaq və zorakılığı dayandırmaq üçün nə edə biləcəyi ilə bağlı olub.

ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, Təhlükəsizlik Şurasının üzvləri bu hücumların baş verməməli olduğu barədə razılığa gəliblər.

“Ümid edək ki, vəziyyət daha da pisləşməyəcək. Onun yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, – Vud əlavə edib.

Əvvəlki məqalə

BMT Təhlükəsizlik Şurasının İsraillə bağlı fövqəladə iclası keçirilir

Sonrakı məqalə

HƏMAS 100-dən çox israillini girov götürdüyünü bəyan edib