BMT TŞ “Taliban”ı qadınlara qarşı ayrı-seçkiliyi dayandırmağa çağırdı- BƏYANAT

BMT Təhlükəsizlik Şurası (TŞ) “Taliban”ı Əfqanıstanda bütün sahələrdə qadınların tam və bərabər  iştirakını təmin etməyə çağırıb.

Azpost.info xəbər verir ki, Təhlükəsizlik Şurası qəbul etdiyi bəyanatda Əfqanıstanda qadınların qeyri-hökumət təşkilatlarında işləməsinə qadağa qoyulmasına reaksiya verib.

BMT TŞ-nin 15 üzvünün konsensus qərarı ilə qəbul etdiyi bəyanatda deyilir ki, “Taliban”ın qərarları insan hüquqlarına və əsas azadlıqlara hörmətin getdikcə aşınmasını göstərir: “Xüsusilə, qadınların QHT-lərdə işləməsinə qoyulan qadağa Əfqanıstanda humanitar əməliyyatlara mənfi təsir göstərəcək”.

Təhlükəsizlik Şurası hesab edir ki, bu məhdudiyyətlər “Taliban”ın əfqan xalqı qarşısında götürdüyü öhdəliklərə, eləcə də beynəlxalq ictimaiyyətin gözləntilərinə ziddir.

Bundan əvvəl “Taliban” qadınların və qızların təhsil almasına da qadağa qoymuşdu.

Azpost.info

Əvvəlki məqalə

Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyi irəli sürüldü

Sonrakı məqalə

Bakıda güclü külək əsəcək