BNA bir bio-smart dayanacağa 25 min manat ödəyəcək –

Tender
29 İyun 2021 - 12:35

Bakı Nəqliyyat Agentliyi tenderin qalibini elan edib.

“1 (bir) ədəd bio-smart avtobus dayanacaq pavilyonunun alınması və quraşdırılması işlərinin satın alınması” tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib. Açıq tenderin qalibi “”RD Smart” QSC olub.

Bakı Nəqliyyat Agentliyi qalib gələn şirkətə 25 min manat ödəyəcək.