“Boeing” 2,5 min işçisinə ödənişsiz məzuniyyət verəcək

ABŞ-ın təyyarə istehsalçısı – “Boeing” korporasiyası təxminən 2,5 min işçisini ödənişsiz məzuniyyətə göndərməyi planlaşdırır. 

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri şirkətin Həmkarlar İtttifaqının işçilərinə istinadən yazıb.

Məlumata görə, bununla bağlı qərar mayın 29-da elan ediləcək. Səbəb koronavirus (COVID-19) pandemiyası nəticəsində aviareyslərə tələbatın kəskin azalması, dolayısı ilə “Boeing” markalı sərnişin təyyarələrinə tələbatın nəzərəçarpacaq dərəcədə aşağı düşməsidir. Məzuniyyət ilk növbədə Vaşinqton ştatında yerləşən Sietl şəhərindəki istehsalat müəssisəsinə təsir edəcək.

Nəşr xatırladıb ki, keçən ay korporasiya Avstraliyanın Melburn şəhərində də 230 işçisini məzuniyyətə göndərməyi planlaşdırdığını açıqlayıb.

Aprelin 29-da “Boeing”in rəhbəri Devid Kelxun bildirib ki, pandemiya aviadaşıma sənayesinə ciddi neqativ təsir göstərib və bununla əlaqədar şirkət bir sıra təyyarə modellərinin istehsalını azaltmaq məcburiyyətində qalıb. Bu da onları bütün dünya üzrə işçilərin 10%-ni ixtisara salmağa sövq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

XİN:

Sonrakı məqalə

Azərbaycanda daha 165 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb, 2 nəfər ölüb