Boeing:"Yeni 737 MAX dünyanın ən təhlükəsiz təyyarələrindən biri olacaq"

Kompaniyanın mütəxəssisləri manevr xüsusiyyətlərinin yaxşılaşdırılması (Maneuvering Characteristics Augmentation System, MCAS) sisteminin təkmilləşdirilməsini başa çatdırdıqdan sonra “Boeing 737 MAX” dünyanın ən təhlükəsiz təyyarələrindən biri olacaq.

Azərtac kompaniyanın saytına istinadla xəbər verir ki, bu barədə Boeing korporasiyasının Baş direktoru Dennis Melenberqin bəyanatında deyilir.

“Kompaniya qəbul edilən yeniliklərin effektivliyinə əmin olmaq üçün bütün gücünü ortaya qoyub. Biz yeniliklərin hazırlanmasına 100 min saatdan çox vaxt sərf etmişik. Yenilənmiş proqram təminatı ilə 814 sınaq uçuşu həyata keçirmişik. “Boeing 737 MAX” uçuşlara qayıtdıqda dünyanın ən təhlükəsiz təyyarələrdən biri olacaq”, – deyə bəyanatda bildirilir.

Xatırladaq ki, “Ethiopian Airlines” aviakompaniyasına məxsus “Boeing 737-MAX 8” təyyarəsi martın 10-da Efiopiyanın paytaxtından 60 kilometr şərqdə qəzaya uğramışdı. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 157 sərnişin, o cümlədən 8 ekipaj üzvü həlak olmuşdu. Bu, 5 ay ərzində həmin model təyyarənin iştirakı ilə baş verən ikinci aviasiya qəzası idi. 2018-ci il oktyabrın 29-da İndoneziyanın “Lion Air” aviakompaniyasına məxsus “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 8 ekipaj üzvü həyatını itirmişdi.

Efiopiyada baş verən qəzadan sonra bir çox ölkələr, o cümlədən ABŞ və Avropa İttifaqı dövlətləri “Boeing 737 MAX” təyyarələrinin istifadəsindən imtina edib və bu laynerlər üçün öz hava məkanlarını bağlayıb. “Boeing” kompaniyasının rəhbəri Dennis Melenberq qəzaya uğramış hər iki təyyarədə MCAS sisteminin işində nasazlıq olduğunu etiraf edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qoşa Qala qapılarında bərpa işləri başa çatıb

Sonrakı məqalə

DİN Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb