Dövlət Dumasının sədri dünyanı dollardan imtinaya çağırdı

“Co Baydenin “uzaqgörən” siyasəti ölkədə inflyasiyanın kəskin artmasına gətirib çıxarıb, nəticədə ABŞ bankları bir-birinin ardınca özlərini müflis elan edirlər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.

O bildirib ki, əksər ölkələr dollara bağlı olduğundan bu problem bütün dünyaya təsir edəcək.

Volodinin fikrincə, bu vəziyyətdən yeganə çıxış yolu “dedollarizasiya”dır: “Vaşinqton problemləri məlum üsulla – dollar çap etməklə həll edərək son 40 ildə rekord inflyasiyaya səbəb oldu. Əsas faiz dərəcəsini o qədər qaldırdı ki, bu, kreditlərə xidmət göstərə bilməməsinə səbəb oldu və nəticədə 2008-ci ildən bəri ən böyük bank uğursuzluqları başladı. Böhrandan qorunmağın yeganə yolu dövlətlərin iqtisadiyyatını dedollarizasiya etməkdir”.

Volodin qeyd edib ki, ABŞ-ın maliyyə sisteminin böhranı artıq İsveç, Norveç və Cənubi Koreyanın sadə vətəndaşlarına təsir edib. Çünki bu ölkələrin pensiya fondları ABŞ sisteminə bağlıdır: “ABŞ-ın problemləri daha da böyüyəcək və ölkə hüdudlarından kənara çıxmağa davam edəcək”.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada vətəndaşlara səfərbərliklə bağlı çağırış vərəqələri göndərilir

Sonrakı məqalə

“Amerikanın nazı ilə çox oynamaq lazım deyil” –