“Bölgədə baş verən hadisələrdən ciddi narahatıq”- Türkiyə XİN

Türkiyə hökuməti son günlər bölgədə baş verən hadisələrdən ciddi narahatdır.

Bu, Türkiyə Xarici İşlər Nazirliyinin məlum hadisələrlə bağlı açıqlamasında ifadə olunub.

Qeyd edilib ki, xüsusilə İraq ərazisindəki hadisələrin münaqişə vəziyyətinə səbəb olması bu ölkə ilə yanaşı, bölgədə də sülhə və sabitliyə ciddi təhlükədir. Bu səbəbdən bütün tərəflər sağlam fikirlə hərəkət etməli, bölgədə sülhə və sabitliyə təhlükə yaradan birtərəfli addımlardan qaçmalı, diplomatik davranışa üstünlük verməlidirlər(azərtac).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Sonrakı məqalə

Sumqayıt sakini dəm qazından boğulub