Sumqayıt sakini dəm qazından boğulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıtda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bölgədə baş verən hadisələrdən ciddi narahatıq”

Sonrakı məqalə

Qaxda sahibsiz it sakinlərə hücum edib: