Boliviyanın La-Pasa polisinın başçısı Uilyam Kordero, Meksika səfirliyində sığınacaq alan eks-nazirlərinin təhvil verilməsini istəyir.
O, Meksika səfirliyinin nümayəndələrini Boliviya hökuməti ilə əməkdaşlıq etməyə çağıraraq diplomatik missiya ərazisində siğınacaq almış keçmiş hökumət nümayəndələrini təhvil verilməsini istəyib.
Məlumata görə, keçmiş baş nazir Xuan Kintana, keçmiş mədəniyyət naziri Vilm Alanoka, keçmiş ədliyyə naziri Ektor Arse və keçmiş müdafiə naziri Xavyer Savaleta hazırda Meksika səfirliyinin ərazisindədirlər. Keçmiş məmurlar üsyan və terrorçuluğa təhrik etməkdə şübhəli bilinirlər.
Daha əvvəl Meksika Xarici İşlər Nazirliyi Meksikanın Boliviyadakı səfirliyində həddindən artıq Boliviya kəşfiyyat və təhlükəsizlik xidmətləri nümayəndələrinin olması ilə bağlı narahatlığını bildirmişdi.