Burkina Faso ordusu ölkənin şimalında silahlıların hücumunu dəf edərək 80 yaraqlını məhv edib.
Trend-in məlumatına görə, toqquşma zamanı 35 mülki şəxs və yeddi hüquq-mühafizə orqanlarının əməkdaşı həlak olub.Dekabrin 24-də bir qrup terrorçu Suma əyalətinin şimalında yerləşən Arbind şəhəri yaxınlığında ordu qüvvələrinə hücum edib. Ordu və polis hücumu uğurla dəf edib.
Döyüşdə 35 mülki şəxs, dörd hərbi qulluqçu və üç polis əməkdaşı həlak olub. 80 silahlı məhv edilib.