Bolqarıstan Rusiyanın hərbi attaşesini ölkədən qovub –Casus qalmaqalı

Bolqarıstan bu ölkədəki Rusiya diplomatının persona non grata – arzuolunmaz şəxs elan olunduğunu bildirib.

Bu barədə məlumatı Azadlıq Radiosunun bolqa xidməti Bolqarıstan Xarici İşlər Nazirliyinə istinadən yayıb. Xəbərdə deyilir ki, sözü gedən diplomat casusluqda şübhəli bilinir və onun ölkədən çıxması üçün 72 saat vaxt verilib. .

Bolqarıstan xüsusi prokurorluğunun məlumatına görə rusiyalı diplomat 2017-ci ildən bəri dövlət sirri sayılan informasiyanın toplanması ilə məşğul olub. Belə informasiyalardan biri də ABŞ-Bolqarıstan birgə hərbi təlimlərində iştirak edən Amerika əsgərlərinin sayı ilə bağlı idi.

Xəbərdə deyilir ki, diplomat bu informasiyanı Rusiya Baş Kəşfiyyat İdarəsinə (GRU) ötürüb.

İki ildə 6 diplomat

Rusiyalı diplomatla bağlı məlumatı prokurorluğa ölkənin dövlət təhlükəsizlik agentliyi təqdim edib. Bu da bildirilir ki, diplomat bir Bolqarıstan vətəndaşını da ələ alıb.

Azadlıq Radiosunun Rus xidməti yazır ki, Bolqarıstan hakimiyyət orqanları rusiyalı diplomatın adını açıqlamasa da, Rusiyanın Sofiyadakı səfirliyi söhbətin hərbi attaşedən getdiyini bildirib.

Səfirliyin saytındakı məlumata görə bu vəzifəni hazırda polkovnik Vasili Sazanoviç tutur. Səfirlik bolqar tərəfinin ittihamlarını “əsassız” adlandırıb.

Sazanoviç 2019-cu ilin oktyabrından bəri Bolqarıstandan qovulan altıncı Rusiya dilomatıdır. 2020-ci ilin sentybarında iki, yanvarında isə daha iki diplomat persona non grata elan edilib.

Moskva bütün bu diplomatlara qarşı ittihamları rədd edib və bütün hallarda eyni sayda bolqar diplomatı Rusiyadan çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı Azərbaycanla Əməkdaşlıq Şurasının iclası barədə yekun bəyanat yayıb

Sonrakı məqalə

Qarabağda rusiyalı sülhməramlı zabit minaya düşərək ölüb